Təsəvvür edin ki,
bir qəbristanlığın uzaq bir küncündə, yenicə böyüməyə başlayan ağacın nazik, zəif
gövdəsinə söykənib 20-30 metr uzaqda onun dəfnini izləyirsiniz. Bakının yayına,
isti küləyə, ağacın gizlədə bilməyən kölgəsinə və bürkülü havaya
baxmayaraq siz bütün bunları hiss etmirsiniz. Orda onu dəfnn etdilər, insanlar
növbə ilə torpaq atır, mərhum haqqında öz xatirələrini bölüşür. Hamı onun necə
yaxşı insan olmasından, hamı ilə necə mehriban və qayğılı davranmasından, yaxşı
əməllərindən danışır, Siz isə eşidirsiz amma qavramırsınız, çünki artıq danışılan
xatirələrin bir mənası yoxdur.
Onsuz da o xatirələrin
sahibləri də yalan danışırlar, bir insan artıq ölüb deyə, heç kəs gerçəkləri
gizlətməli deyil. Onun həyatda olduğu müddət ərzində eşitməli olduğu çox gerçəklər
vardı, onun nə qədər şərəfsiz, eqoist və oğraş olduğunu onun
üzünə vurmalı olan insanlar indi onun oğluna görə bu xatirələrlə varlığı
dünyaya artıq olmuş biri ilə vidalaşırlar.
Mən də demək istərdim
amma, mənim isə o tipli söhbətlərə yox, məhz dialoqa ehtiyacım var, ondan
soruşacaq o qədər suallarım var idi ki...Cavab verə bilməyəciyini bildiyim
suallar...Niyə bu həyatı belə yaşadığını, gecələr necə yatdığını ondan soruşmaq
istərdim
Soruşa bilmirəm,
odur ki mənası yoxdur, başınızı qaldırın və ətrafınıza baxın. Ətrafımız onsuz da
doludur ölmüş amma hələ də gəzən və sadəcə nəfəs alan cəsədlərlə... Onlarla
dialoqlarınızı saxlamayın, dialoqların mənasız xatirələrlə ilə əvəz edilməsinə
imkan verməyin. Bəlkə bəzi bu yeriyən ölülərdən bəzilərini həyata qaytarmaq
mümkün oldu?
Bəlkə...
Комментариев нет:
Отправить комментарий