Adi bir Bakı günü, insanlar hamısı harasa tələsirmiş kimi astaca harasa gedirlər, küçələrdə həmişəkindən daha çox insan var. Bu qarışıqlıqda bir kişi xüsusi seçilir, 40-45 yaşlarında,sadə geyimli, əlində papağı, gödəkçəsinin önü açıq,təngnəfəs qaçır. İlk öncə yolda bir neçə nəfərə toxundu, geriyə baxmadan keçdi, insanların ardınca deyindiklərini, söydüklərini eşitdi. Bir an dayanıb cavab vermək istədi, sonra sürətin daha da artırdı, bir neçə qapını açmaq istədi, qapılar bağlı idi deyəsən. Yolu üstündə kafe vardı, ora girmək istədi,qapıda dayanan işçi nə dedisə yönü dəyişib yolu keçmək istədi, yolu keçərkən piyada keçidində "selfie" çəkən 3 yeniyetmə qızın telefonunu vurub əllərində saldı, ancaq elə eyni sürətlə də parka daxil oldu. Parkda onu fosforlu, açıq yaşıl rəngdə jilet geyinmiş,75-80 yaşlarında maksimum 50 kq olan, üzü tamamilə bağlanmış,bircə gözləri bir süpürgəçi xala qarşıladı,xaladan nəsə soruşdu, o da öz növbəsində bir istiqaməti göstərdi.
Qəhrəmanımız nəhayət axtardığını tapmışdı deyəsən, göstərilən istiqamətdəki bir tikilinin qapısına gəldi, tikilinin adı deputatlığa namizədlər üçün nəzərdə göy lövhədən görünmürdü, oranı tapmağın verdiyi rahatlıqla, lövhəyə bir nəzər salıb, tikilinin qapısına tərəf getdi..
Qapınının üstündə butalı-bəzəkli yapışdırılmış kağızda yazılmışdı: "Müvəqqəti olaraq işləmir". Bunu görən adam əvvəlkindən daha sürətlə qaçmağa başladı, bəlkə irəlidə bir tualet daha vardı...